Yan 20, 2018 20:32 Asia/Baku
  • İran nefti 2017-ci ildə 2.7% qiymət artımı ilə yanaşı olub
    İran nefti 2017-ci ildə 2.7% qiymət artımı ilə yanaşı olub

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEK) ən son məlumatına görə, 2017-ci ildə İranın hər bir barel neftinin qiyməti orta hesabla 51 dollar 71 sentə satılıb. Bu da 2016-cı il ilə müqayisədə 2.7%-lik artımdan xəbər verir və neft ixrac edən ölkələr arasında ən yüksək göstərici sayılır.

İRNA-nın məlumatına görə, OPEK yanvar ayında yaydığı hesabatına əsasən İran 2017-ci ilin dekabrında gündəlik neft istehsalı həcmini 13 min 200 barel artıraraq, ümumi istehsal həcmini 3 milyon 829 min barelə çatdırıb. 

2017-ci ildə OPEK neftinin qiymət artımı orta hesabla 2.2%, Berent neftinin qiymət artımı 2.4% olub. Texas neftinin qiymət artımı isə 2.2% olub. Beləliklə İran nefti 2.7%-lik artım ilə lider olub.

Bu məlumata görə, 2017-ci ildə İran öz gündəlik neft istehsalı həcmini 3 milyon 811 min barelə çatdırıb. Bu da 2016-cı il ilə müqayisədə 8.4% daha çoxdur.

İran 2017-ci ildə gündəlik neft ixracatı həcmini 2 milyon 130 min barelə artırıb. Bu ixracatın 62%-i Asiya ölkələrinə, 38%-i isə Avropa ölkələrinə ixrac edilib.

Çin və Hindistan İranın ən iri asiyalı müştəriləridirlər. Türkiyə və İtaliya isə İranın ən böyük Avropalı müştəriləridirlər.

Teqlər