Cahangiri: Birgə neft-qaz yataqlarından məhsul götürülməsində İranın nailiyyətləri gözə çarpır
-
Cahangiri: Birgə neft-qaz yataqlarından məhsul götürülməsində İranın nailiyyətləri gözə çarpır
İran İslam Respublikasının vitse-prezidenti bazar ertəsi günü İranın müqavimət iqtisadiyyatı komandanlığı qərargahının iclasında İranın birgə yataqlardan neft-qazın çıxarılmasında İranın nailiyyətlərinin diqqətəlayiq olduğunu bildirərək deyib: Neft sənayesi ilə əlaqədar layihələrin icrasında sürətli və ciddi addımlar atılmalıdır.
İRNA-nın məlumatına görə, İshaq Cahangiri İranın cənub-qərbində Karun birgə yataqlarının inkişafı üzrə neft layihələrində irəliləyişə toxunub və deyib: İran bir dövrdə müxtəlif səbəblərə görə, bu yataqlardan məhsulun çıxarılmasında İraqdan geridə idi. Lakin hal-hazırda bunun tamamilə əvəzi çıxılıb və bu bölgədə inkişaf üçün yaxşı layihələr icra olunmaqdadır.
İranın vitse-prezidenti ölkənin bütün potensialı, xüsusilə də Karunun qərbində birgə yataqlardan neftin çıxarılması məqsədilə gündəlik 1 milyon 220 min barelin çıxarılmasını əldə etmək üçün özəlləşdirmə potensialına toxunub və xatırladıb: Bütün qurumlar, o cümlədən Milli İnkişaf Fondu, Proqram və Büdcə Təşkilatı və İranın İqtisadiyyat Nazirliyi Neft Nazirliyinə kömək etməlidir ki, müqavimət iqtisadiyyatının həqiqi simvolu olan bu layihə tezliklə və ən yaxşı şəkildə reallaşsın.
Cahangiri həmçinin İranın Neft Nazirliyindən İrandakı mövcud texniki və yerli biliyi nəzərə alaraq bu yataqların qazının hədər getməsinin qarşısını almaq üçün lazımi proqram tənzimləməsini istəyib.