Yan 22, 2018 19:00 Asia/Baku
  • Rusiya xarici işlər naziri nüvə anlaşmasının icrasını dəstəkləyib
    Rusiya xarici işlər naziri nüvə anlaşmasının icrasını dəstəkləyib

Rusiya xarici işlər naziri bir daha Əhatəli Müştərək Təşəbbüs Proqramının icrasını dəstəkləyib.

İRİB-in məlumatına görə, Sergey Lavrov Kommersant qəzeti ilə müsahibədə deyib: İranın nüvə proqramı üzrə beynəlxalq anlaşma, eləcə də digər beynəlxalq sazişlərin ləğvi beynəlxalq münasibətlərdə böhranla nəticələnəcək. 

Rusiya xarici işlər naziri müxtəlif məsələlərdə beynəlxalq sazişləri görməməzliyə vurmağı qəbuledilməz adlandırıb və deyib: Bu hərəkətlər ölkələrin münasibətlərində hərc-mərcliyin yaranmasına səbəb olur. 

İran və 5+1 qrupu (Britaniya, Fransa, Rusiya, Çin, ABŞ və Almaniya) arasında nüvə anlaşması 2016-cı il yanvar ayında qüvvəyə minib. Lakin bu qrupun üzvlərindən olan ABŞ hökuməti həmişə nüvə anlaşmasının icrasına maneəçilik törədir. 

ABŞ prezidenti Donald Tramp nüvə anlaşmasının digər tərəflərinin mövqelərinin əksinə olaraq nüvə anlaşmasını dəhşətli anlaşma adlandırıb və onun ləğv edilməsini istəyir. Lakin dünya ABŞ prezidentinin bu qərarına qarşıdır. 

Rusiya xarici işlər naziri həmçnin ABŞ-ın Rusiya əleyhinə sanksiyaları haqda deyib: Vaşinqtonun Moskva əleyhinə sanksiyaları əsaslandırıla bilməz və bu ölkənin xarici siyasətinə heç vaxt təsir göstərməyəcək. 

Teqlər