Yan 26, 2018 12:19 Asia/Baku
  • Şəmxani: Allah İranın düşmənlərini axmaqlardan yaradıb
    Şəmxani: Allah İranın düşmənlərini axmaqlardan yaradıb

İran Milli Təhlükəsizlik Ali Şurasının katibi deyib: Hegemonçuluq sisteminin İran qarşısındakı ardıcıl məğlubiyyətləri göstərir ki, onun İranın xalqı və islami quruluşunun imkanları barədəki tanışlığı yanlış olub və Allah İranın düşmənlərini axmaqlardan yaradıb.

İran Milli Təhlükəsizlik Ali Şurasının katibi Əli Şəmxani Əlaləm informasiya kanalı ilə müsahibədə İrandakı son iğtişaşlara toxunaraq, deyib: İran İslam Respublikasının Əsas Qanununda aksiyaların keçirilməsi haqqı tamamilə qanunidir və qanun çərçivəsində rəsmən tanınıbdır.

Şəmxani ABŞ prezidenti Donald Trampın İrandakı son iğtişaşlara dəstək verməsini və məqsədyönlü iğtişaşlardakı həqiqətləri tərsinə göstərməsini tənqid edərək, deyib: Xalq əcnəbi ünsürlərin İranın regional qüdrəti əleyhinə intiqamalma məqsədli aşkar müdaxiləsini görərkən öz sıralarını iğtişaşçılardan ayıraraq, onlara qarşı çıxdı.

İran Milli Təhlükəsizlik Ali Şurasının katibi vurğulayıb: İran İslam Respublikasını zəiflətmək və ya devirmək, uğursuz qalmış bir arzudur ki, bəzi ölkələr İslam İnqilabının qələbəsinin əvvəlindən bəri bunu izləyirlər və dəfələrlə də məğlub olublar.

Şəmxani bildirib ki, İranda fövqəladə vəziyyət qanunu mövcud deyil. O, deyib: İran İslam Respublikası quruluşunun bərqərar olduğu qırx ildə İranda bəzi geniş böhranların yaradılmasına rəğmən, heç vaxt fövqəladə vəziyyət elan olunmayıbdır.

İran Milli Təhlükəsizlik Ali Şurasının katibi söyləyib: Fransada bəzi region ölkələrinin dəstək verdikləri təkfirçi qrupların odla oynamalarından sonra fövqəladə vəziyyət elan olundu. Türkiyədə də fövqəladə vəziyyət hələ də hökm sürür.

Şəmxani vurğulayıb ki, birhəftəlik etiraz aksiyalarından sonra İranda tamamilə adi həyat cərəyan edir.

İran Milli Təhlükəsizlik Ali Şurasının katibi əlavə edib: Amerika və sionist rejim İrana qarşı səkkizillik müharibənin qəbul etdirilməsi kimi planlar icra etmələrinə, İranı təhlükəli etmək üzrə böyük sərmayə qoymalarına, geniş sanksiylar tətbiq etmələrinə və İranın təcrid edilməsi üzrə koalisiya yaratmalarına rəğmən, heç bir uğur qazanmayıblar.

 

Teqlər