Yan 26, 2018 12:55 Asia/Baku
  • "Kristal" gəmisinin dənizçiləri ilə söhbət edilib

İranın Limanlar və Dənizçilik Təşkilatının qəzalar üzrə müfəttişi İran tankeri hadisəsindəki həqiqətlərin aydınlaşması məqsədilə "Kristal" gəmisi dənizçilərindən beş nəfər ilə söhbət edilməsindən xəbər verib.

Yanvarın altısında çinli-honq-konqlu yük gəmisi- "Kristal",  Çinin şərq sahillərində bir İran tankeri ilə toqquşdu. Bu hadisə İran tankerində partlayışa, yanğına və sonda bu tankerin qərq olunmasına bais oldu. Otuzu iranlı, ikisi də banqladeşli olmaqla tankerin 32 ekipaj üzvü həmin hadisədə həyatını itirdi.

Əli Moradi qeyd edib ki, İran tankeri- Sançi-nin qara qutusu ilə bağlı informasiyalar və "Kristal" gəmisinin işçiləri ilə söhbət bir-birinin kənarına qoyulmalıdır ki, məntiqli yekun və nəticə əldə edilmiş olsun.

Teqlər