İran və Türkmənistanın dəmiryol əməkdaşlıqları genişləndirilir
İran və Türkmənistanın dəmiryol idarələri nümayəndələrinin iclasında İranın şimal-şərqində Sərəxs beynəlxalq stansiyasında dəmiryol mübadilələrinin inkişafı və əməkdaşlıqların artırılması üzrə anlaşma imzalanıb.
İRİB-in məlumatına görə, Xorasan Dəmiryol İdarəsinin baş direktoru Məhəmməd Hadi Ziyayimehr Türkmənistan heyəti ilə iclasda deyib: İran və Türkmənistanın dəmiryol mübadilələri 2016-cı illə müqayisədə 2017-də 20%, məhsul tranziti sektorunda isə 66% artmışdır.
Ziyayimehr həmçinin 2018-də bu tendensiyanın davam edəcəyinə ümid bəsləyərək deyib: İranın Mərkəzi Asiya ölkələri, xüsusilə Türkmənistanla dəmiryol sahəsində əməkdaşlıqları ilə əsasən tranzit sektorunda beynəlxalq nəqliyyatın həcmi artacaq.
İran İslam Respublikasının dəmiryol tranziti dəhlizi, xüsusilə də Sərəxs-Bəndər Abbas, Sərəxs-Türkiyə dəmiryolu dəhlizinin aktivləşməsi və mövcud infrastrukturlardan maksimum istifadə İran və Tükmənistan dəmiryol heyətlərinin iclasında araşdırılan digər məsələlərdən olub.