Yan 28, 2018 21:28 Asia/Baku
  • BMT baş katibinin nümayəndəsi İran xarici işlər naziri ilə görüşüb
    BMT baş katibinin nümayəndəsi İran xarici işlər naziri ilə görüşüb

İran xarici işlər naziri və BMT baş katibinin İraq məsələləri üzrə xüsusi nümayəndəsi bu ölkənin cari məsələləri haqda fikir mübadiləsi aparıblar.

Tehranda baş tutan görüşdə İran xarici işlər naziri Məhəmməd Cavad Zərif və BMT baş katibinin İraq məsələləri üzrə xüsusi nümayəndəsi Yan Kubiş İraqın son hadisələri, bu ölkədə stabillik və təhlükəsizliyin bərpa olunmasının əhəmiyyəti, İŞİD ünsürlərinin qalıqları ilə mübarizənin davam etməsinin vacibliyi, həmçinin parlament seçkilərinin keçirilməsi, bu ölkənin bütün siyasi qruplarının iştirakı haqda danışıqlar aparıblar.

Teqlər