Vilayəti: İranın Yəməndə müdaxiiləsi barədə ittiham Yəmən xalqının müqavimətini inkar etmək deməkdir
-
Vilayəti: İranın Yəməndə müdaxiiləsi barədə ittiham Yəmən xalqının müqavimətini inkar etmək deməkdir
İslam İnqilabının Böyük Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri ABŞ-ın Yəmən ilə bağlı İrana qarşı əsassız iddialarını rədd edərək, deyib: Amerikalılar İranı ittiham etməklə Yəmən xalqının fədakarlığı, müqaviməti və şücaətini inkar etmək istəyirlər.
Əli Əkbər Vilayəti bu gün IRIB ilə müsahibədə əlavə edib: Yəmən xalqı fədakar bir xalqdır və əcnəbilər qarşısında illər, onilliklər və əsrlər boyu müqavimət göstərib və indiyədək səud və Birləşmiş Ərəb Əmirliklərinin koalisiyasını məğlub edə bilib. Buna görə, Yəmənə təcavüz edənlərin İranı ittiham etməkdən başqa yolları yoxdur.
İslam İnqilabının Böyük Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri xəbərdarlıq edib: Bu iddialarla Amerika, Ərəbistan və Birləşmiş Ərəb Əmirliklərinin problemləri həll olmayacaq və əgər Ərəbistan və Birləşmiş Ərəb Əmirlikləri özlərinin qeyri-aqilanə siyasətlərini davam etdirərlərsə, Yəmən onlar üçün bataqlığa çevriləcəkdir.
O, vurğulayıb: İran İslam Respublikası regionda azadlıqsevər və İslamsevər xalq hərəkatlarını himayə etməyi davam etdirəcək və bu yolda bir an belə, tərəddüd etməyəcəkdir.
Vilayəti ABŞ prezidentinin BMT-nin Təhlükəsizlik Şurasına üzv ölkələrin səfirlərinə ev sahibliyi etməsini əbəs hərəkət adlandırıb və belə vurğulayıb: Amerikalılar heç vaxt İran İslam Respublikasına qarşı fitnələrində uğur qazanmayıblar, qazanmayacaqlar da.
BMT-nin Təhlükəsizlik Şurasına üzv ölkələr bu gün Amerika dövlətinin İranofobiya siyasətlərinin davamında Vaşinqtona səfər ilə ABŞ-ın BMT-dəki nümayəndəsi Niki Heylinin iddiasına görə, İrandan Yəmənə köçürülmüş raketlərin hissələrinə baxış keçirəcəklər.