ABŞ-ın beynəlxalq qanun-qaydalara dəstək üzrə siyasi şousu
İslam İnqilabının Böyük Rəhbərinin ofisinin rəhbəri deyib: Öz səfirliyini Təl-Əvivdən Beytül-Müqəddəsə köçürməyi elan edən ABŞ-ın ağılsız hərəkəti bu ölkənin beynəxlalq qərar və qaydaları sırf siyasi jestlə dəstəklədiyini əks etdirdi.
Höccətülislam vəlmüslimin Məhəmməd Məhəmmədi Qolpayqani çərşənbə günü Tehranda "Qüds, Dinlərin Sülh Paytaxtı" iclasında deyib: İşğalçı və saxta sionist rejimin Fələstin ərazisində yaranmasına səbəb olan utancverici Balfor deklarasiyasının 100-cü illiyində dünya ABŞ prezidentinin öz səfirliyini Təl-Əvivdən Beytül-Müqəddəsə köçürməyi elan etməsi ilə yeni balforun şahidi oldu. Bu hərəkət ABŞ-ın Qərbi Asiyada, xüsusilə də Suriya və İraqdakı məğlubiyyəti və acizliyinin göstəricisi idi. Üstəlik dünya imperializminin ilahi dinlərlə düşmənçiliyinin dərinliyini əks etdirir.
İslam İnqilabının Böyük Rəhbərinin ofisinin direktoru deyib: Beytül-Müqəddəs islam, xristianlıq və yəhudilik ilahi dinlərinin özəyidir. Onu bütün dinlərin ardıcılları üçün slüh və dostluq məkanı adlandırmaq lazımdır
"Qüds, Dinlərin Sülh Paytaxtı" iclası çərşənbə günü Tehranda Mədəniyyət və İslam Əlaqələri Təşkilatında işə başlayıb.