Zərif: Tramp nadanlığını bir daha isbat etdi
Yan 31, 2018 14:24 Asia/Baku
İran xarici işlər naziri öz Twitter səhifəsində yazıb: ABŞ prezidenti İran və region haqda nadanlığını bir daha isbat etdi.
İRİB-in məlumatına görə, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ prezidenti Donald Trampın illik çıxışına reaksiyada bildirib: Hamı bilir ki, onun mövqeyi nədən ibarətdir və o mütləq iranlılarla birlikdə deyil. Bəlkə də "demokratik metodlarla seçilənlər" və "paklar"ın müştəriləri bu açıqlamadan sevinsinlər. Amma müstəbidlik və silahlarının əsas hədəfi olanlar, o cümlədən Yəmən uşaqları sevinə bilməz.