Fev 02, 2018 11:42 Asia/Baku
  • Əlaəddin Borucerdi
    Əlaəddin Borucerdi

İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri deyib ki, Amerikanın raket parçalarını göstərməsi və onu İran məhsulu adlandırması gülünc siyasi bir tamaşadır.

ABŞ-ın BMT-dəki nümayəndəsi Nikki Heyli yanvarın 29-da Vaşinqtonda BMT Təhlükəsizlik Şurasının üzvlərinə raket parçaları göstərərək, iddia etdi ki, İran bu raketləri Yəmənin Ənsarullah xalq hərəkatına veribdir.

İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Əlaəddin Borucerdi bu gün IRNA ilə müsahibədə əlavə edib: Amerikanın bu hərəkətdə məqsədi, İranın raket qabiliyyətlərini şübhə altına almaqdır ki, İranın müdafiə və raket bacarığı barədə müzakirəyə girmiş olsun.

İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri müdafiə və raket bacarığını İran İslam Respublikasının qırmızı xətti adlandırıb və deyib ki, Amerika İrana qarşı hərəkətlərlə Ərəbistanın Yəməndə və regiondakı geniş cinayətlərini ört-basdır etməyə və ümumi fikri yayındırmağa çalışır.

Borucerdi sonra belə qeyd edib: Amerika dünyanın ümumi fikrini İranın xəyali və qeyri-real raketinə doğru sövq etdirməyə səy göstərir.

Ərəbistan Amerikanın dəstəyilə 2015-ci ilin martında Yəmənə hərbi təcavüz edərək, bu ölkəni quru, dəniz və havadan mühasirəyə alıbdır.

Ərəbistanın və onun müttəfiqlərinin Yəməndəki militarizmi indiyədək yəmənlilərdən on minlərlə nəfərin ölməsi və yaralanması, həmçinin milyonlarla nəfərin didərgin düşməsilə nəticələnibdir. 

Yəmənli qüvvələr də səud təcavüzkarların hücumlarına cavab olaraq, Ali-Səud rejiminin Ərəbistanın daxilində və Yəməndəki bazaları və mövqelərini hədəfə alırlar.

Teqlər