Fev 02, 2018 15:01 Asia/Baku
  • Tehranın cümə namazı xitabətçisi: Amerikanın hədəfi, İran İslam Respublikası quruluşunu devirməkdir

Tehranın müvəqqəti imamcüməsi deyib ki, Amerika İran İslam Respublikası quruluşunu devirmək və İranda Vilayəti Fəqih prinsipini hədəfə almaq ardıncadır.

Ayətullah Seyid Əhməd Xatəmi Tehranın cümə namazı xütbələrində əlavə edib: Amerika Vilayəti Fəqihə zərbə vurmaq ardıncadır ki, tədbiri, Amerikanın İŞİD terror qrupunun regionda genişlənməsi fitnəsinin və böyük Yaxın Şərqin yaradılmasının uğursuz qalmasına səbəb oldu və Amerika böyük Yaxın Şərq planını qəbirə aparacaqdır.

Tehranın cümə namazı xitabətçisi Amerikanın İran qarşısındakı strategiyası haqda sonra belə deyib: Bu strategiya nüvə enerjisinin aradan götürülməsi, müdafiə qüdrəti və raket qabiliyyətinin azaldılması, İranın Livan Hizbullahına və fələstinli mübarizlərə olan dəstəyinin kəsilməsi və İranın böyük Yaxın Şərqin təşkili ilə müxalifət etməməsi olubdur ki, Amerika bu halların hamısında uğursuz qalaraq, məğlub olubdur.

Ayətullah Seyid Əhməd Xatəmi vurğulayıb: İran İslam Respublikası quruluşunun bütün məsul şəxsləri nüvə anlaşması haqda yenidən müzakirə və ya onun islahı və müdafiə-raket qabiliyyətinin azaldılması ilə müxalifdirlər və heç bir ölkənin bu məsələlərə müdaxiləsinə icazə verməyəcəklər.

Tehranın cümə namazı xitabətçisi sonra belə qeyd edib: İran İslam Respublikası Quranın göstərişləri və konstitusiya əsasında mübariz fələstinli qrupları və Livan Hizbullahını himayə etməyi davam etdirəcək.

Tehranın müvəqqəti imamcüməsi həmçinin ABŞ-ın regiondakı strategiyasını sionist rejimin təhlükəsizliyinin bərqərarı çərçivəsində əmin-amansızlığın yaradılması adlandıraraq, deyib ki, Amerika hazırda özünün iqtisadi və siyasi hədəflərinin təmini üçün İŞİD-i Əfqanıstanın şimalına köçürməkdədir.

Ayətullah Xatəmi Ərəbistanın Yəməndəki cinayətlərinə və Bəhreyndəki son hadisələrə işarə edərək, deyib: Ərəbistanın naşı vəliəhdi bu ölkəni Amerikanın ştatlarından birinə çeviribdir və Ali-Xəlifə rejimi də Bəhreyndə edam, ömürlük həbs və bu ölkənin böyük din xadimi- Şeyx İsa Qasimin vətəndaşlığının ləğvi barədə hökmlər çıxararaq, Bəhreyni böyük siyasi məhbəsə çeviribdir.

Teqlər