Ruhani: İran Suriyanın icazəsi olmadan hər hansı ölkənin iştirakına qarşıdır
İran İslam Respublikası prezidenti bildirib: Tehran Suriya hökuməti və xalqının icazəsi olmadan bu ölkə ərazisində xarici qüvvələrin iştirakına qarşıdır.
İran İslam Respublikası prezidenti Həsən Ruhani çərşənbə axşamı günü Rusiya prezidenti Vladimir Putinlə telefon söhbətində Suriyanı şimalında gərginliyin davam etməsinin heç kimin xeyrinə olmadığını bildirərək ümid edib ki, regionun bütün ölkələri Suriyanın ərazi bütövlüyü və hakimiyyətinə hörmətlə yanaşacaq.
Vladimir Putin də bu telefon söhbətində İran və 5+1 qrupu arasında nüvə anlaşmasını çox önəmli adlandırıb və bildirib: Rusiyanın qənaətincə, bu anlaşmanı zəiflətmək üzrə hər hansı səy region üçün çox təhlükəli və zərərlidir. Moskva bu mövqeyini açıq-aşkar şəkildə digər tərəflərin diqqətinə çatdırmışdır.