Fev 06, 2018 19:37 Asia/Baku
  • Ruhani: İran qətiyyyətlə ABŞ-ın qarşısında dayanır
    Ruhani: İran qətiyyyətlə ABŞ-ın qarşısında dayanır

İran İslam Respublikası prezidenti bildirib: Vaşinqton Tehrana təzyiq göstərərsə, İran İslam Respublikası ABŞ-ın qarşısında qətiyyətlə dayanacaq.

İran İslam Respublikası prezidenti Həsən Ruhani çərşənbə axşamı günü mətbuat konfransında ABŞ prezidenti Donald Trmapın sanksiyaların İrana qayıtmasına dair sözlərinə toxunaraq deyib: ABŞ həmişə sanksiya və təzyiq yolu ilə İran xalqı və dövlətinə problem yaratmaq ardıncadır. Lakin İranın dünyanın müxtəlif ölkələri ilə münasibətləri həmişəkindən daha çox və yaxşıdır. 

Nüvə anlaşmasının ABŞ tərəfindən pozulduğu halda İranın nə edəcəyinə dair sualı cavablandıran Ruhani əlavə edib: İran öz prinsipinə əsasən nüvə anlaşmasının pozulmasını başladan tərəf olmayacaq, eyni zamanda Tehran ABŞ-ın bu anlaşmadan çıxması qarşılığında lazımi tədbirlər və proqnozları nəzərdə tutmuşdur. 

İran İslam Respublikası prezidenti nüvə anlaşmasının BMT Təhlükəsizlik Şurasının təsdiqlədiyi anlaşma olduğunu bildirərək deyib: Nüvə anlaşmasına heç nə əlavə olmayacaq, heç nə də azalmayacaq. 

Ruhani qərblilərin nüvə anlaşması və İranın raket proqramı haqda müzakirəyə dair israrı haqda deyib: İslam Respublikası öz müdafiə imkanları sahəsində ehtiyacı olduğu hər bir vasitəni hazırlayır. Eyni zamanda Tehran başqa ölkələrin vətəndaşlarını qətlə yetirmək üçün silah və raket təmin etməyi etikaya və şəriətə zidd hesab edir. 

İran İslam Respublikası Türkiyənin Suriyada hərbi əməliyyata başlaması haqda da deyib: Bir ordunun başqa ölkəyə xalqı və dövlətinin razılığı olub-olması ilə girməsi fərqli məsələdir. Xalqın razılığı olmadan baş verərsə, bu əməliyyat sona çatmalıdır. Türkiyənin Suriyadakı hərbi əməliyyatının yəqin ki nəticəsi olmayacaq. 

Ruhani amerikalıların Suriyadakı iştirakını qınayıb və deyib: Amerikalılar Suriyadakı iştiraklarından qeyri-düzgün məqsədləri güdürlər və bu ölkəni parçalamağı düşünürlər. 

İran İslam Respublikası prezidenti həmçinin Əfqanıstanın böhranıa toxunaraq Tehranın terrorizmlə mübarizədə Kabilə kömək etməyə hazır olduğunu bildirərək deyib: Amerikalıların Əfqanıstandakı iştirakı bu ölkədə təhlükəsizliyi yaratmaq üçün olmuşdur. Lakin Əfqanıstan vətəndaşlarının təhlükəsizliyi gün-gündən azalır. 

Region problemlərinin həlli yolunu diplomatik yol adlandıran Ruhani əlavə edib: İranın regiondakı məqsədi terrorizmlə mübarizə, stabilliyin bərpası, xarici dövlətlərin müdaxilə etməməsi və region xalqlarının özlərin tərəfindən müqəddəratın təyin olunmasıdır. 

İran İslam Respublikası prezidenti həmçinin bəzi ərəb rejimləri ilə sionist rejim arasında münasibətlərin normallaşması prosesi haqda deyib: Zamanın keçməsi ilə Ər-Riyadda hazırda hakim olan şəxslərin seçdikləri yolun yanlış olduğunu və onları nəticəyə çatdırmayacağını anlayacaqlar. 

Ruhani bildirib: Regionda bir şəxsin İsraill rejiminin region ölkələrinin dostu olduğunu düşünərsə, tamamilə səhv edir. Çünki bu rejimin regionun bütün xalqları və bütün müsəlmanlarla düşmənçiliyi vardır. 

Teqlər