Qasimi: ABŞ regionda müharibə odunu yenidən alovlandırmağa çalışır
Fev 06, 2018 21:43 Asia/Baku
İran Xarici İşlər Nazirliyinin sözçüsü deyib: İŞİD-in məğlubiyyətindən sonra yaranan şərait ABŞ-ı regionda yeni müharibə yaratmağa sövq edə bilər.
Bəhram Qasimi çərşənbə axşamı günü U-Newsa verdiyi müsahibədə deyib: ABŞ prezidenti Donald Trampda İŞİD-in məğlubiyyətindən sonra yaranan nigaranlıq və ümidsizlik regionda müharibə odunun yenidən alovlanması ilə nəticələnə bilər.
İran XİN sözçüsü amerikalıların Suriyadakı iştirakına da münasibət bildirib: ABŞ-ın bəzi rəsmilərinin açıqlamaları onların Suriyada iştirakı davam etdirmək və öz planlarını icra etmək ardınca olduqlarını göstərir.