General Cəfəri: Suriya tezliklə azad ediləcək
İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın baş komandanı deyib: İŞİD-in İraqda məğlub olmasının ardınca, yaxın gələcəkdə Suriyanın da azad edilməsinin şahidi olacağıq.
General-polkovnik Məhəmməd Əli Cəfəri çərşənbə günü axşam İranın cənubunda yerləşən Kerman ostanında Müqavimət İqtisadiyyatı Qərargahında etdiyi çıxışında deyib: İranın gücünün dünyaya sübut edilməsi və düşmən qarşısında möhkəm müqavimət göstərilməsinin ardınca, Livan, İraq, Fələstin, Yəmən və Suriya xalqları da düşmənlər qarşısında dayanmağa başlayıblar.
Sepah-ın baş komandanı əlavə edib: Zülm və hegemonçuluq qarşısında müqavimət göstərmək və zülmə qarşı mübarizə aparmaq İran İslam Respublikasının banisi İmam Xomeyni(rə)-in təlimlərindəndir və İslam İnqilabı indiyə kimi bu təlimlərə çox yaxşı əməl edib.