General Salami: Raket, İranın heç bir qüdrətlə müzakirə mövzusu deyil
https://azeri.sahartv.ir/news/İran-i295161-general_salami_raket_İranın_heç_bir_qüdrətlə_müzakirə_mövzusu_deyil
İslam İnqilabı Keşikçilər Korpusu Sepahın baş komandan əvəzi deyib: Raket İranın heç bir qüdrətlə müzakirə mövzusu deyil və nüvə anlaşmasının İslam Respublikasının raket potensialı ilə heç bir əlaqəsi yoxdur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 10, 2018 13:48 Asia/Baku
  • General Salami: Raket, İranın heç bir qüdrətlə müzakirə mövzusu deyil
    General Salami: Raket, İranın heç bir qüdrətlə müzakirə mövzusu deyil

İslam İnqilabı Keşikçilər Korpusu Sepahın baş komandan əvəzi deyib: Raket İranın heç bir qüdrətlə müzakirə mövzusu deyil və nüvə anlaşmasının İslam Respublikasının raket potensialı ilə heç bir əlaqəsi yoxdur.

İRNA-nın məlumatına görə, İslam İnqilabı Keşikçilər Korpusu Sepahın baş komandan əvəzi general-mayor Hüseyn Salami İslam İnqilabı Fəcr Ongünlüyü Şənliklərində iştirak edən xarici qonaqların həmrəylik iclasının kənarında jurnalistlərə deyib: Raket potensialı İranın müdafiə qüdrətinin bir parçasıdır və onunla əlaqədar heç vaxt müzakirə olunmayacaq. 

İslam İnqilabı Keşikçilər Korpusu Sepahın baş komandan əvəzi əlavə edib: Avropalılar nüvə anlaşmasının İranın raket potensialını inkişaf etdirməklə heç bir əlaqəsinin olmadığını bilməlidirlər. İran islam Respublikasının müdafiə qüdrətini inkişaf etdirmək üzrə iradəsi hər bir qüdrətdən güclüdür. 

General Salami ABŞ-ın Suriyadakı hərbi iştirakı haqda deyib: ABŞ-ın Suriyadakı iştirakı qeyri-qanunidir və təbii ki, məğlubiyyətə uğrayacaq.