Fev 10, 2018 17:42 Asia/Baku
  • İran xarici işlər naziri Yəmən müharibəsinin durdurulmasını vurğuladı
    İran xarici işlər naziri Yəmən müharibəsinin durdurulmasını vurğuladı

İran İslam Respublikası xarici işlər naziri Yəmən müharibəsi və bu ölkənin bombardman edilməsinin durdurulmasının vacibliyini vurğulayıb.

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Tehranda Yəmən Ənsarullahı Hərəkatının sözçüsü Məhəmməd Abdussalamla görüşdə Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın dəhşətli hava hücumlarının davam etməsi nəticəsində Yəməndə insan faciəsinin baş verməsi haqda xəbərdarlıq edərək beynəlxalq ictimaiyyətin Yəmənə humanitar yardımlar göstərilməsinin vacibliyini vurğulayıb. 

Yəmən Ənsarullahının sözçüsü də Yəməndəki hazırkı vəziyyət, xüsusilə də acınacaqlı insan durumu haqda məlumat verib. 

Səudiyyə Ərəbistanı ABŞ-ın dəstəyi ilə 2015-ci il mart ayından Yəmənə hücuma keçib, bu ölkəni hava, quru və dənizdən mühasirəyə alıb. 

Səudiyyə Ərəbistanı və müttəfiqlərinin Yəməndəki cinayətləri indiyə qədər on minlərlə nəfərin həlak olması, yaralanması və milyonlarla yəmənlinin didərgin düşməsi ilə nəticələnib. 

Teqlər