Fev 10, 2018 20:01 Asia/Baku
  • Ruhani: İslam İnqilabının mesajı istiqlaliyyət və dünya ilə ədalətli münasibətlər idi
    Ruhani: İslam İnqilabının mesajı istiqlaliyyət və dünya ilə ədalətli münasibətlər idi

İran İslam Respublikası prezidenti İslam İnqilabının mesajını istiqlaliyyət, başqalarına İranın daxili məsələlərində müdaxilə icazəsi verməmək və dünya ilə ədalətli münasibətlər adlandırıb.

Həsən Ruhani şənbə günü Tehranda xarici ölkələrin səfirləri, təşkilatların nümayəndəlikləri ilə görüşdə İslam İnqilabının 39 il öncə ABŞ-ın müdaxilələri vasitəsi ilə İran xalqının təhqir olunması və dini və məzhəbi emosiyaların tapdalanmasına görə, səmərə verdiyini bildirərək deyib: İslam İnqilabının mesajı region və dünya ölkələrinə bir hökumət modelini təqdim etmək və region ölkələrinə təcavüz etməmək idi.

İran İslam Respublikası prezidenti Tehranın region böhranlarının yeganə həll yolunu sırf diplomatiya hesab etdiyini bildirərək deyib: Hərbi həll yolu, xarici müdaxilələr, silahlarıın göndərilməsi, problemlərin həlli üçün münasib həll yolu deyil. Region problemləri dialoq və diplomatik metodlarla stabillik və təhlükəsizliyə çatmalıdır.

Teqlər