İranın tibb sahəsindəki nailiyyətləri
İran İslam Respublikasının səhiyyə naziri İslam İnqilabından sonra ölkədə insanların həyata ümidinin artmasına işarə edərək, deyib: İslam İnqilabından öncə İranda insanlar orta hesabla 35 il ömr edirdilərsə, hazırda bu rəqəm təqribən 78 ilə artıb.
Həsən Qazızadə Haşemi şənbə günü axşam İran televiziyasının "Xəbər" kanalına verdiyi müsahibədə deyib: İranda insanların orta yaş dövrü, bir çox ölkədən yüksəkdir. Hal hazırda İranda kişilər orta hesabla 74, qadınlar isə 78 il ömr edirlər.
İranın səhiyyə naziri yolxucu xəstəliklər üzündən insanlar arasında ölüm hallarının azalmasına işarə edib və deyib: Hazırda yolxucu xəstəliklər üzündən ölüm halları 10%-dən daha aşağıdır və insanlara peyvənd vurulması isə artıq 100%-ə çatdırılıb.
Qazızadə Haşemi ölkənin ehtiyac duyduğu dərmanların 96%-nin daxildə istehsal edildiyini deyərək, əlavə edib: İranın bəzi dərman şirkətləri dünyanın 50 ölkəsinə o cümlədən Rusiya və Cənubi Afrikaya dərman ixrac edir.
Qazızadə Haşemi həmçinin, İranın müalicə sahəsindəki nailiyyətlərinə işarə edib və deyib: İran ürək, bağırsaq, böyrək, qara ciyər kimi orqanların köçürülməsində yaxşı inkişafa nail olub və artıq xəstələrin xaricə getməsinə ehtiyac yoxdur.
İranın səhiyyə naziri əlavə edib: İran elmi tədqiqatlar sahəsində regionda birinci, dünyaa isə 15-ci yerdə durur. Həmçinin, iranın üstün alimləri Ərəbistandan 4, Türkiyədən isə 2 dəfə çoxdur.