Fev 16, 2018 14:35 Asia/Baku
  • Ruhani: İslam dünyasının düşmənlər və sionist rejim əleyhinə birləşməsi zəruridir

İran İslam Respublikası prezidenti deyib: Dünya müsəlmanları birləşərsə, ABŞ Beytül-Müqəddəsi sionist rejimin paytaxtı elan edə və sionist rejimin hər gün fələstinlilərin hüquqlarını tapdalaya bilməz.

Hindistanda səfərdə olan İran İslam Respublikası prezidenti Həsən Ruhani Heydərabad şəhərində Məkkə Məscidində cümə namazında iştirak etdikdən sonra dünyanın bütün müsəlmanlarının birləşməsindən başqa yolun olmadığını bildirərək əlavə edib: Başqaları müsəlmanları təhqir etmək istəyirlər, lakin müsəlmanlar tarix boyu böyük elm və sivilizasiyaya sahib olub və dünyanın gələcəyi də müsəlmanlara aid olacaqdır.

İran prezidenti bildirib: İran İslam Respublikası bütün müsəlman xalqlara kömək edib və bu köməyi davam etdirməyə hazırdır. İraq, Suriya və Livan xalqlarına da köməkliklər göstərmişdir.

Ruhani həmçinin maddi sivilizasiyanın təhlükəsizliyi bərpa edə bilməyəcəyinə toxunaraq deyib: ABŞ-da qərb sivilizasiyasının nəticəsi hər gün orta məktəblər, universitetlər və küçələrdə kütləvi qırğınlardır.

İran prezidenti Hindistanda davamlı stabillik və təhlükəsizlikdən razılıq edərək deyib: Düşmənlər müsəlmanların birləşməsini istəmirlər. Lakin Hindistan və İran xalqları elm və sivilizasiyada bir-birlərinin yanında olmuşlar.

İran İslam Respublikası prezidenti cümə axşamı günü yüksək səviyyəli siyasi və iqtisadi heyətin müşayiəti ilə Hindistanın Heydərabad şəhərinə səfər edib. İran prezidentinin rəsmi qarşılanma mərasimi sabah Yeni Dehlidə baş tutacaq.

Teqlər