Fev 17, 2018 16:51 Asia/Baku
  • İran və Hindistan arasında 15 əməkdaşlıq sənədi imzalanıb
    İran və Hindistan arasında 15 əməkdaşlıq sənədi imzalanıb

İran İslam Respublikası və Hindistan müştərək münasibətlər səviyyəsini dərinləşdirmək üçün on beş sənəd və memorandum imzalayıblar.

Bu sənəd və memorandumlar bu gün Yeni-Dehlidə İran İslam Respublikasının prezidenti Həsən Ruhani ilə Hindistanın baş naziri Narendra Modinin iştirakı ilə iki ölkənin yüksək vəzifəli rəsmiləri tərəfindən imzalanıb.

İkiqat verginin alınmasından çəkinmə barədə razılaşma, siyasi vizanın ləğvi barədə anlaşma sənədi, kənd təsərrüfatı sahəsində əməkdaşlıq üzrə memorandum, anti-dampinq sahəsində anlaşma sənədi, Çabəhar limanının birinci blokunun müvəqqəti idarəsi barədə memorandum, İranın poçt şirkətilə Hindistanın poçt şirkəti arasında əməkdaşlıq üzrə anlaşma sənədi və İran prezident apratının qadınların məsələləri üzrə müavinliyi ilə Hindistanın qadınların məsələləri nazirliyi arasında memorandum iki ölkə arasında imzalanmış sənədlərdəndir.

İran və Hindistan həmçinin cinayətkarların ekstradisiyası, hüquqi və ticari məsələlərdə məhkəmə yardımları, iki ölkənin səhiyyə nazirlikləri arasında səhiyyə, müalicə və dərman üzrə həmkarlıqlar, eləcə də İranın səhiyyə nazirliyi ilə Hindistanın qədim tibb nazirliyi arasında qədim tibb sahəsində əməkdaşlıqlar barədə anlaşma sənədləri imzalayıblar.

Elektron vizanın verilməsi barədə memorandum, İranın ticarət palatası ilə Hindistanın "Fikki" ticarət otağı arasında memorandum, İranın ticarət palatası ilə Hindistanın "Asuçam" ticarət otağı arasında anlaşma sənədi, İranın ticarət palatası ilə Hindistanın "PHD Chamber" ticarət otağı arasında memorandum da iki ölkənin rəsmiləri arasında imzalanmış digər sənədlərdir.

Ruhaninin Hindistana üçgünlük rəsmi səfəri cümə axşamı günü və bu ölkənin cənubunda yerləşən Heydərabad şəhərinə daxil olması ilə başlanıbdır.

Teqlər