Fev 20, 2018 20:46 Asia/Baku
  • Zərifin effektiv Moskva səfəri

Qısa, amma önəmli və təsirli səfər. Bəlkə də İran və Rusiyanın beynəlxalq və regional məsələlər, xüsusilə də Yəmən və Suriya məsələlərində əlavə koordinasiyası və əməkdaşlığını daha önəmli hesab etmək olar.

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib: Təəsüflər olsun ki, bəzi ölkələr Suriya məsələsini hərbi formada həll edə biləcəklərini xəyal edirdilər. Hətta onlardan bəzisi Suriya məsələsini üç həftə ərzində nəzərlərində tutduqları nəticəyə çatdıra biləcəklərini düşünürdü. Yəmən haqda da elə bu şəkildə düşünürdülər. Suriyada terrorçuları dəstəkləmək ardınca olan tərəflər hərbi məğlubiyyətdən başqa heç bir nəticə görmədilər. İndi isə, müxtəlif yollarla, o cümlədən region, hətta Türkiyə kimi Amerikanın müttəfiqləri üçün də ciddi təhlükə olan Birləşmiş Ştatların Suriyadakı qeyri-qanuni iştirakı vasitəsi ilə şəraiti dəyişməyə çalışırlar.  

Nüvə anlaşması və Rusiya və İranın bu haqdakı birgə mövqeyi, iki ölkənin birgə iqtisadi komissiyasının təşkili, Qazaxıstanın ev sahibliyi ilə İran, Rusiya və Türkiyə xarici işlər nazirlərinin iştirakı ilə üçtərəfli iclasın keçirilməsi və bu üç ölkə başçısının İstanbul iclasına şəraitin yaradılması Zərif və Lavrovun ikitərəfli görüşündə araşdırılan digər mövzulardan idi.

İran xarici işlər naziri Moskvaya 17 saatlıq səfərində, həmçinin 30 ölkənin ziyalıları və siyasi şəxsiyyətlərinin iştirak etdiyi Beynəlxalq Volday Müzakirə Klubu Konfransında iştirak və çıxış edib. Konfransda ABŞ-ın Qərbi Asiya, xüsusilə də Suriya olaylarındakı təxribatçı rolu iştirakçılar tərəfindən sərt şəkildə tənqid atəşinə tutulub.

Konfransda iştirak edən rusiyalı ziyalı deyib: Amerikalılar var-gücləri ilə bölgədə, xüsusilə də Suriyanın şimalında gərginliyi artırmaq ardıncadırlar. Onlar xəbərdarlıqları ciddiyə almalıdırlar. Gərginlik yaratmaq və terror qruplarından vasitə kimi istifadə etməkdən əl çəkməlidirlər.

İran xarici işlər nazirinin Rusiyaya səfəri qısamüddətli olsa da, müxtəlif məsələlər haqda təfsilatlı danışıqlar aparıldı. Rusiya Xarici İşlər Nazirliyinin binasında Zərif və Lavrov regional olaylar, xüsusilə də Suriyanın şimalındakı mürəkkəbliklər haqda xüsusi danışıqlar apardılar.

 

Teqlər