Vilayəti: İran və İraqın həmkarlığı düşmənlərin nəsh planlarını uğursuz qoydu
-
Vilayəti: İran və İraqın həmkarlığı düşmənlərin nəsh planlarını uğursuz qoydu
İslam İnqilabının Böyük Rəhbərinin beynəxalq məsələlər üzrə müşaviri deyib: Əgər Tehran-Bağdad həmkarlığı olmasaydı, İraq indiyədək düşmənlərin nəsh planları ilə parçalanmış və ya terrorçuların ixtiyarına keçmişdi.
İslam İnqilabının Böyük Rəhbərinin beynəxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti bu gün Tehranda İraqda şiə köçəri tayfalarının görkəmli şəxsiyyətlərindən ibarət heyət ilə görüşdə iki ölkə əlaqələrinə toxunaraq, deyib: Vəhdət, pul ilə satın alınması mümkün olmayan bir sərmayədir və Amerika və sionist rejim bu sərmayəni İrandan və İraqdan almağa çalışırlar.
Vilayəti əlavə edib: İslam İnqilabının Böyük Rəhbəri İraqın vəhdəti və bütövlüyünün qorunub saxlanılmasında son dərəcə ciddidirlər və əlaqələri möhkəmləndirmək və genişləndirməklə regionda sülh və təhlükəsizliyin bərqərarı yolunda addım atmaq lazımdır.
İslam İnqilabının Böyük Rəhbərinin beynəxalq məsələlər üzrə müşaviri İran-İraq əlaqələrinə toxunaraq, ümidvarlıq edib ki, ikitərəfli əlaqələrin güclənməsi üçün iki ölkə arasında siyasi, dini, ictimai və mədəni heyətlər mübadiləsi davam edəcək.
İraqda köçəri tayfalar ofisinin başçısı və bu ölkənin şeyxlər heyətinin sədri Casim əl-Kənani də bu görüşdə İŞİD-ə qarşı cihad fitvası vermiş Ayətullah Sistani xüsusiyyət təşkil etməklə İraq mərcəiyyətinin rolunu yüksək dəyərləndirərək, deyib ki, İraq iranlı qardaşlarının dəstəyilə İŞİD-i ölkədən çıxara bildi.
Əl-Kənani həmçinin İŞİD ilə mübarizədə İraq xalqını himayə etdikləri üçün İslam İnqilabının Böyük Rəhbərinə, həmçinin İranın xalqı və dövlətinə minnətdarlıq edib. Bu görüşdə Mosul, Diyalə, Kəlanə və İraqın digər məntəqələrinin şeyxləri iştirak ediblər.