Xoşru: Yəmən böhranı bombalanmaqla həll olmayacaq
-
Xoşru: Yəmən böhranı bombalanmaqla həll olmayacaq
İranın Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi ötən gecə Yəmən böhranının hərbi və bombalanmaq yolu ilə həll olunmayacağını bildirərək deyib: İran İslam Respublikasının qənaətincə, Yəmən böhranının həlli üçün diplomatik prosesi başlamaq olar.
İRNA-nın məlumatına görə, Qulaməli Xoşru Yəmən haqda Rusiyanın təklif etdiyi qətnamənin təsdiqlənməsindən sonra, iddialar və İranofobiya şoularının təkrarlanmasının Yəmənə təcavüz edənlərə kömək olduğunu bildirərək xatırladıb: 3 il dəhşətli müharibə və bombardman Yəməni insan faciəsi ilə üzləşdirib.
BMT Təhlükəsizlik Şurası bazar ertəsi günü Yəmən əleyhinə 2 qətnamənin ilkin mətnini araşdırmaq üçün iclas təşkil etdi.
Yəmənə silah göndərmək iddiaları ilə İrana təzyiq göstərmək məqsədilə Britaniyanın təklif etdiyi ilk qətnaməyə Rusiya tərəfindən veto qoyulub.
Rusiyanın təklif etdiyi qətnamə isə sadəcə 2019-cu il fevral ayına qədər Yəmənə silah embarqolarının müddətinin uzadılması ilə əlaqədar idi. Bu qətnamə bütün üzvlər tərəfindən təsdiqlənib.
Britaniya bu qətnamənin ilkin mətnini ABŞ və Fransanın köməyi ilə tənzimləmişdi.
Səudiyyə Ərəbistanı Birləşmiş Ərəb Əmirlikləri, ABŞ, Britaniya və Fransanın dəstəyi ilə 2015-ci il mart ayından Yəmənə hərbi təcavüz edib və bu ölkəni hava, quru və dənizdən mühasirəyə alıb. Səudiyyə Ərəbistanı və müttəfiqlərinin Yəmən savaşı indiyə qədər on minlərlə yəmənlinin həlak olması və on milyonlarla yəmənlinin didərgin düşməsi ilə nəticələnib.
Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya iddia edir ki, İran Yəmənin xalq qüvvələrinə silah və raket göndərir və bu işlə Yəməndə böhranın "həlli" prosesinə mane olur.
Yəmən rəsmiləri dəfələrlə bildiriblər ki, ölkə ordusunun müdafiə qüdrəti tamamilə yerlidir və Yəmənin Ərəbistan tərəfindən hərtərəfli mühasirəyə alınmasına rəğmən gün-gündən artmaqdadır.
Səudiyyə Ərəbistanı və müttəfiqləri Yəmən xalqının müqavimətinə görə, indiyə qədər öz məqsədlərinə nail ola bilməmişlər.