Nüvə anlaşmasını girov götürmək və onu kənar məsələlər ilə əlaqələndirmək qəbuledilməzdir
-
Nüvə anlaşmasını girov götürmək və onu kənar məsələlər ilə əlaqələndirmək qəbuledilməzdir
İran İslam Respublikası xarici işlər nazirinin müavini deyib: İranın nüvə anlaşmasına tam sadiq olduğu və öz üzərinə düşən öhdəlikləri kamil formada yerinə yetirdiyi halda, Amerika mənfi siyasətlər və bəyanatlar ilə öz öhdəliklərini dəfələrlə pozub.
İran İslam Respublikası xarici işlər nazirinin müavini Qulamhüseyn Dehqani Cenevrədə keçirilən nüvə tərksilahı konfransında iştirak edərək, deyib: Nüvə silahına malik olan ölkələrin, nüvə silahlarının yayılmasını qadağan edən sənədin 6-cı bəndinnə qeyd edilmiş öhdəliklərə əməl etməmələri bu anlaşmanın potensialları və qabiliyyətləri barəsində etimadsızlığa səbəb olub.
Qulamhüseyn Dehqani həmçinin deyib: Nüvə tərksilahı sahəsində heç bir irəliləyişin müşahidə edilmədiyi bir şəraitdə nüvə silahına malik ölkələr gözlənilməz bir hərəkətdə, öz nüvə silahlarını sürətlə inkişaf etdirmək və bu sahəyə iri vəsait ayırmaqla nüvə silahlarını yeniləməyə və inkişaf etdirməyə çalışır, yeni və modern nüvə başlıqları istehsal edirlər. Misal üçün Amerika nüvə cəbbəxanasını yeniləmək üçün növbəti 30 il üçün 1.25 trilyon dollar məbləğində vəsait ayırıb. Bu məsələ çox ciddi nigaranlıq doğurur.