Mart 04, 2018 12:31 Asia/Baku
  • General-mayor Təngsiri: Hörmüz boğazında xarici hərbi gəmilərin girişinə nəzarət edilir
    General-mayor Təngsiri: Hörmüz boğazında xarici hərbi gəmilərin girişinə nəzarət edilir

İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın dəniz qoşunları komandanının müavini deyib: Xarici hərbi gəmilər Hörmüz boğazında yoxlama ilə bağlı qanunlara riayət etməyə borcludurlar.

General-mayor Əlirza Təngsiri şənbə günü axşam Abadan Neft Universiteti şəhidlərinin xatirəsinə həsr olunmuş mərasimdə deyib: İrana qarşı düşmənçilik siyasəti yürüdən Amerika, Britaniya, Fransa və Kanadanın hərbi gəmiləri Böyük Tonb adasının şimal sularında üzmək haqqına malik deyillər. Amma, digər ölkələr icazə alaraq, bu marşrutdan istifadə edə bilərlər. 

General-mayor Təngsiri Sepah-ın dəniz qoşunlarının gücünə və bacarığına təkid edərək, deyib: İndiyə kimi iki dəfə ABŞ qüvvələri və iki dəfə də Britaniya qüvvələri icazə almadan İran sularına daxil olublar və ardınca həbs ediliblər. 

Sepah-ın Dəniz Qoşunları komandanının müavini həmçinin deyib: Atom bombasından istifadə etmiş və Əfqanıstanda sivil əhaliyə qarşı müxtəlif növlü bombaları sınaqdan keçirmiş ölkə olaraq Amerikanın insan haqlarını müdafiə iddiasından çıxış etməsi rüsvayçılıqdır. 

General-mayor Təngsiri həmçinin deyib: Necə olurki, Amerika hələ də kimyəvi silahlara qadağa müqaviləsini imzalamaqdan imtina edir və işğalçı sionist rejimə 200 nüvə başlığı verir, eyni zamanda insan haqlarının müdafiəsindən dəm vurur?

Teqlər