Qasemi: İran əleyhinə əsassız iddiaların təkrarlanması Bəhreynin problemlərini həll etməyəcək
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi Bəhreynin Daxili İşlər Nazirliyinin İran əleyhinə əsassız ittihamları təkrar etməsinə işarə edərək, deyib: Diqqətləri yayındırmaq, təkrar ssenariləri yenidən gündəmə gətirmək və əsassız ittihamlar irəli sürmək Bəhreyn hökuməti və ya xalqının problemlərini həll etməyəcək.
Bəhram Qasemi bazar günü bir daha Bəhreyn rəsmilərinə təhlükəsizlik tədbirlərini gücləndirmək yerinə bu ölkə xalqı ilə anlaşma və dialoqa getməsini tövsiyə edib.
Bəhreynin Daxili İşlər Nazirliyi dünən terror aktı törətməyə cəhd göstərən 116 nəfərin həbs edilməsindən xəbər verib və saxlanılan şəxslərdən bir neçəsinin İran, Livan Hizbullahı və İraqdakı müqavimət qüvvələri tərəfindən təlim keçdiyini iddia edib.
Bəhreyn Parlamentinin sabiq üzvü və Bəhreynin Əl-Vifaq cəmiyyətinin üzvü Əli Əl-Əsvəd deyib: Bəhreynin Daxili İşlər Nazirliyinin bu işdə məqsədi Ərəb ölkələrinin dəstəyini qazanmaq və xalqın dinc etiraz aksiyalarını daha kəskin formada repressiya etməkdir.