İranın Əfqan mühacirlərin istedadlarının çiçəkləndirilməsi üzrə səyləri yüksək qiymətləndirilib
-
İranın Əfqan mühacirlərin istedadlarının çiçəkləndirilməsi üzrə səyləri yüksək qiymətləndirilib
BMT-nin qaçqınlar və məcburi köçkünlər üzrə ali komissarı İranın mühacir əfqan uşaqların və gənclərin istedadlarının inkişaf etdirilməsi yolunda gördüyü işləri yüksək qiymətləndirib.
İRNA-nın məlumatına görə, İrina Korniçi bazar günü İranın cənubunda, Buşehrda keçirilən 5-ci Əfqanıstanşünaslıq festivalının bağlanış mərasimində deyib: İran İslam Respublikası rəsmilərinin dəstəyi ilə keçirilən Əfqanıstanşünaslıq festivalları əfqan məktəblilərin ölkələri ilə daha artıq tanış olması istiqamətində atılan dəyərli addımdır.
İrina Korniçi həmçinin deyib: İran İslam Respublikasının səhiyyə və təhsil sahəsində göstərdiyi xidmətlər habelə, 500 mindən çox əfqan məktəblinin İran məktəblərində təhsil alması İranın Əfqanıstan vətəndaşları üçün gördüyü gözəl işlərdəndir.