Fransa XİN başçısı Tehrana daxil olub
-
Fransa XİN başçısı Tehrana daxil olub
Fransa xarici işlər naziri bu gün səhər çağı yüksək səviyyəli heyətə başçılıq edərək Tehrana daxil olub.
İRNA-nın verdiyi məlumata görə, İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi dünən səhər çağı bildirmişdi ki, Fransa XİN başçısı Jan Yves Le Drian Tehrana iki günlük səfərində İİR prezidenti Həsən Ruhani, XİN rəhbəri Məhəmməd Cavad Zərif ilə görüşəcək, görüşlərdə qarşılıqlı, beynəlxalq və regional məsələlər müzakirə olunacaq.
Fransanın Tehrandakı səfirliyi də bir bəyanat yayaraq bildirmişdi ki, Jan Yves Le Drian martın 5-8-də Tehranda İranın Milli Muzeyində keçiriləcək "Luvr Tehranda" adlı sərginin açılış mərasimində iştirak edəcək.
Fransa mediyaları fransalı nazirin Tehran səfərində əsas məqsədin Fransa prezidenti Emanuel Makeronun İrana səfərinə zəmin yaratmaqdan ibarətdir.
Fransa 2017-ci ildə İranın Avropa Birliyi daxilindəki ikinci ortağı və İrana ixracat baxımından 9-cu ölkə idi.