Mart 07, 2018 09:58 Asia/Baku
  • Ruhani: Həzrət Fatimə Zəhra(s) dünya qadınları üçün daim ən üstün nümunə olacaq

İran İslam Respublikası prezidenti çərşənbə axşamı İslam peyğəmbəri həzrət Məhəmməd Mustafanın(s.ə.s) əziz qızı xanım Fatimənin(s) səadətli mövlud günü və İranda qadın və ana gününün gəlib çatmasını təbrik edərək, deyib: Həzrət Fatimə(s) həmişəlik olaraq dünya qadınları üçün ən üstün nümunə olcaq.

1439-cu hicri qəməri ili cəmadiüssani ayının 20-si, 9 mart 2018-ci il xanım Fatimənin(s) mövlud günüdür. Bu gün İran İslam Respublikası təqvimində qadın və ana günü adlandırılıb. 

İRNA-nın məlumatına görə, Həsən Ruhani İranın Mədəni İnqilabı Ali Şurasının iclasında deyib: İslam və peyğəmbər ailəsinin təlimlərində qadınlar üçün ali məqam və dərəcə nəzərdə tutulub. Və İranda İslam İnqilabının qələbə çalmasından ötən 40 ildə bu prinsiplərə və təlimlərə əsasən daim qadınların hüquqlarına diqqət göstərilib. 

İran İslam Respublikası prezidenti həmçinin, İran İslam Respublikasının dahi memarı İmam Xomeyni(rə)-in mövlud gününün xanım Fatimənin(s) mövlud gününə təsadüf etməsinə işarə edərək, deyib: İmam Xomeyni(rə) ali şəxsiyyətə malik idi. O həzrət İslama həmçinin, İran xalqının müstəqilliyi və izzətinə böyük xidmətlər ediblər. 

Teqlər