Mart 08, 2018 10:43 Asia/Baku
  • Ruhani: Tehran və Ankara Suriya xalqını xilas etmək üçün ağır vəzifəyə malikdirlər
    Ruhani: Tehran və Ankara Suriya xalqını xilas etmək üçün ağır vəzifəyə malikdirlər

İran İslam Respublikasının prezidenti vurğulayıb ki, Tehran və Ankara xüsusən "Şərqi Vahə"də Suriya xalqını xilas etmək üçün ağır vəzifəyə malikdirlər. O, deyib: Hamı "Şərqi Vahə"də insan facisəninin baş verməsinin qarşısını almağa çalışmalıdır.

Həsən Ruhani dünən Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan ilə telefon söhbətində bildirib ki, hazırkı dövrdə İran və Türkiyə Suriyanın iki müsəlman qonşu ölkəsi kimi ağır vəzifəyə malikdirlər. O, deyib: Tehran və Ankara səbatlı bir atəşkəsin bərqərarı üçün var güclərilə səy göstərməlidirlər.

Ruhani "Şərqi Vahə"də ilişib qalmış mülkilərin çıxışı üçün təhlükəsiz bir dəhlizin yaradılmasının kənarında terrorçuların bu məntəqədən Dəməşqə qarşı mərmi hücumunun əngəllənməsi və Suriya paytaxtının təhlükəsizliyinə zəmanəti, həmçinin "Şərqi Vahə"nin terrorçulardan boşaldılması üzrə səyi, bu məntəqədə təhlükəsizliyin bərqərarı istiqamətində irəliyə atılan bir addım adlandırıb və Türkiyə dövlətindən bu hədəflərin reallaşması üçün öz nüfuzundan istifadə etməsini istəyibdir.

İran İslam Respublikasının prezidenti İran, Türkiyə və Rusiyanın Suriya məsələsindəki həmkarlıqlarının önəminə və bu üç ölkənin xarici işlər nazirlərinin Astana iclasına, həmçinin qarşıdakı İstanbul sammitinə toxunaraq, deyib: İran bütün dünya ölkələrinin və beynəlxalq təşkilatların köməyi ilə "Şərqi Vahə" əhalisinə humanitar yardımların göndərilməsi və bu məntəqədə atəşkəs istiqamətində  mümkün olan hər bir addımı atmağa tam hazırdır.

Ruhani habelə Türkiyə dövlətindən istəyibdir ki, Suriyanın şimal-qərbində yerləşən Fua və Kəfəriyya şəhərlərində qadınlar və uşaqların terrorçular tərəfindən mühasirə olunmalarına son qoyulması üçün əlindən gələni etsin.

Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan da bu telefon danışığında "Şərqi Vahə"nin durumunu faciəli adlandırıb və belə deyib: Regionun iki böyük və müsəlman ölkəsi kimi İran və Türkiyə bu faciəyə son qoymaq üçün bütün səylərini göstərməli və əl-ələ verməlidirlər.

Ərdoğan terrorçuların "Şərqi Vahə" məntəqəsindən Suriya paytaxtına qarşı mərmi hücumunun dayandırılması vacibliyini təsdiq edərək, deyib: Əgər əlaqələr yaratmaq və məşvərətlər aparmaqla atəşkəsə başlamaq və onun davamına zəmanət vermək mümkün olarsa, sonrakı addımları birgə şəkildə atmaq olar.

Teqlər