Mart 08, 2018 13:29 Asia/Baku
  • İnqilab Rəhbəri polis şəhidlərindən birinin mənzilində olublar
    İnqilab Rəhbəri polis şəhidlərindən birinin mənzilində olublar

İslam İnqilabının Böyük Rəhbəri dünən gecə Tehrandakı son iğtişaşların şəhidlərindən olan şəhid Mohəmməd Əli Bayraminin mənzilində olaraq, bu şəhidin xatirəsini əziz tutublar.

İranın polis qüvvələri məmurlarından olan şəhid birinci dərəcli çavuş Mohəmməd Əli Bayrami fevralın 19-da, Həzrət Fatimeyi-Zəhra(s.ə)-nın şəhadəti gecəsində Tehranın Pasdaran küçəsində iğtişaşçılar tərəfindən şəhid edilib.

Həzrət Ayətullahuluzma Xamenei çərşənbə axşamı günü gecə də Tehrandakı son iğtişaşların şəhidlərindən olan şəhid Mohəmməd Hoseyn Həddadiyanın mənzilində olmuşdular.

Tehranın bəsic gənclərindən olan şəhid Mohəmməd Hoseyn Həddadiyan da fevralın 19-da Tehranın Pasdaran küçəsində iğtişaşçılar tərəfindən şəhid edilibdir.

Fevralın 19-da təhlükəsizlik və polis qüvvələrinin Tehranın Pasdaran küçəsində təhlükəsizliyi bərqərar etmək üçün keçirdikləri əməliyyatda İranın polis qüvvələri məmurlarından üç nəfər və bir bəsici şəhid edildi.

Bu əməliyyatda məmurlardan təqribən otuz nəfər və bir qrup iğtişaşçı da yaralanmışdı.

İslam İnqilabının Böyük Rəhbəri həmçinin çərşənbə axşamı günü gecə Pəhləvi rejiminə qarşı mübarizlərdən olmuş şəhid Seyid Əli Əndərzqunun mənzilndə olaraq, o şəhidin xatirələrini zikr edib və onu yad ediblər.

Teqlər