Cahangiri: İran-İraq əlaqələri inkişaf etməkdədir
İran İslam Respublikasının birinci vitse-prezidenti deyib: İran və İraqın ikitərəfli əlaqələri, eləcə də siyasi və iqtisadi münasibətləri müsbət və inkişafdadır.
İran İslam Respublikasının birinci vitse-prezidenti Eshaq Cahangiri bu gün Bağdadda İraqın vitse-prezidenti Nuri Əlmaliki ilə görüşdə İraqın daxili və siyasi birliyinin önəmini, eləcə də bu ölkənin daxili birliyinə xələl gəlməsinin qarşısının alınması vacibliyini vurğulayaraq, deyib: İraqın bütövlüyünə lazım olan ilk mühüm məsələ, daxili birlikdir, zira birlik və inteqrasiya olmadan əcnəbilər bu ölkənin daxili işlərinə müdaxilə edəcəklər.
Cahangiri bildirib ki, İraqın İŞİD-dən sonrakı problemləri mürəkkəbliyə malikdir və bu ölkə xalqı gözləyir ki, tez bir zamanda problemləri aradan qaldırılsın.
O, deyib: İraqın bərpası daha artıq sürətə malik olmalıdır ki, bu ölkə İslam dünyasının qüdrətli ölkələrindən biri kimi öz əsl yerinə geri dönmüş olsun.
İran İslam Respublikasının birinci vitse-prezidenti vurğulayıb: İraqda mövcud olan çoxlu imkanlarla və bəzi ölkələrin bu ölkənin özünün əsl yerinə qayıtmamasını istəmələrinə rəğmən, İraq inkişaf və irəliləyiş yolunu keçəcəkdir.
Nuri Əlmaliki də İraqda kürdlər, həmçinin şiə və sünni qruplar arasında birlik və həmrəyliyin önəmini vurğulayaraq, deyib: Əgər iraqlı qruplar arasında həmrəylik olmazsa, İraqda tayfaçılıq və xarici fitnələr artacaqdır.
İraqın vitse-prezidenti həmçinin İranın İraqa dəstək verməsinə görə təşəkkür edərək, iki ölkə əlaqələrini strateji adlandırıb. O, Tehran-Bağdad münasibətlərinin daha da güclənməsini istəyibdir.