Qasemi: İngiltərə Yəməndə qan axıdılmasının dayandırılması üçün Ərəbistana təzyiq göstərsin
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü deyib: İngiltərə və digər ölkələr məsuliyyətli bir hərəkətdə terror təfəkkürlərinin ixracının və Yəməndə qan axıdılmasının dayandırılması üçün Ərriyada təzyiq göstərməli və öz iqtisadi maraqlarını beynəlxalq sülh və təhlükəsizliklə alver etməməlidirlər.
Bəhram Qasemi Ərəbistan vəliəhdi Muhəmməd bin Salmanın Londona səfəri gedişində İngiltərə və səudiyyə başçılarının anti-İran sözləri və mövqelərinə reaksiyada bu cür məsuliyyətsiz ortaq hərəkətləri pisləyərək, deyib: Maraqlı bir satiradır ki, İngiltərə başçıları Yəmənə təcavüz edərək, bu ölkədə hərbi cinayət və insan faciəsinin baş verməsi amili və illər boyu dünyada və Yaxın Şərqdə militarizm, terrorizm və ekstremizmin əsas himayədarı, rəvac verəni və mənbəyi olan Ərəbistan başçıları ilə görüşdə İrana qarşı bu cür mövqelər tutub, sözlər söyləyirlər.
O, həmçinin deyib: İngiltərənin və Amerika kimi bəzi digər ölkələrin Ərəbistana siyasi və silah dəstəkləri vermələri bütün regionun təhlükəsizliyi, sülhü və sabitliyinə qarşı bir təhdiddir. İngiltərənin Ərriyadla bu cür səs-səsə verməsi bu ölkənin Asiyanın qərbindəki böhranların formalaşması, şiddətlənməsi və davam etməsindəki məsuliyyətini daha da ağırlaşdıracaq və region ölkələri arasında həmkarlığa və sülhə nailolmanı çətin, uzun və çoxxərcli edəcəkdir.