Mart 09, 2018 10:44 Asia/Baku
  • İranın vitse-prezidenti və İraq Parlamentinin sədri
    İranın vitse-prezidenti və İraq Parlamentinin sədri

İran İslam Respublikası prezidentinin birinci müavini deyib: Regiondan kənar qüdrətlər terrorizmi "yaxşı" və "pis" olaraq iki yerə ayırmaqa xalqlar üçün problemlər yaradıblar.

İran İslam Respublikası prezidentinin birinci müavini İshaq Cahangiri cümə axşamı Bağdadda İraq Parlamentinin sədri Səli Cəburi ilə görüşdə deyib: İraq xalqı və dövləti terrorizm qarşısında çox yaxşı dayandı və dünyaya sübut etdi ki, bir xalq birlik və müqavimət yolu ilə terrorizmi məğlub etməyə qadirdir. 

Cahangiri İraq hökuməti və parlamentinin ciddi iradəsi və düzgün qərarlarının ölkənin ərazi bütövlüyünün və birliyinin qorunmasında önəmli olduğuna təkid edərək, deyib: İraq hökuməti və xalqı malik olduqları güc vasitələrinə arxalanaraq, problemləri həll etməklə yanaşı, inkişafa gedən yeni bir yol və mərhələyə qədəm qoya bilər. 

İran İslam Respublikası prezidentinin birinci müavini İraqda keçiriləcək seçkilərə işarə edərək, deyib: İraq hökuməti regionun demokratik ölkələrindən biridir. Bu ölkədə parlament və hökumət xalqın rəyi ilə formalaşır. Amma, regionun bəzi ölkələrində insanlar əsrlərdir ki, seçki qutularının üzünə həsrətdir. 

Cahangiri İran və İraq arasında parlamentlərarası əlaqələrin çox yaxşı səviyyədə olduğunu da qeyd edib və deyib: ümidvaram iki ölkə parlamentlərinin himayələri altında əlaqələrin inkişafı yolunda duran maneələr tezi bir zamanda öz həllini tapmış olsun. 

İraq Parlamentinin sədri Səlim Cəburi də İran İslam Respublikası prezidentinin birinci müavini İshaq Cahangirinin İraqa olan səfərini müsbət dəyərləndirib və deyib: Ölkənin iqtisadi inkişafı bütün ölkələr, xüsusilə İran İslam Respublikası ilə əməkdaşlığa ehtiyaclıdır. 

İraq Parlamentinin sədri həmçinin deyib: İran İslam Respublikası davamlı olaraq İraq hökuməti və xalqının kənarında olub və  İranın yardımları olmadan bu qələbələrin əldə edilməsi mümkün deyildi. 

Teqlər