Ruhani Putinə başsağlığı verib
Mart 10, 2018 22:36 Asia/Baku
İran İslam Respublikası prezidenti rusiyalı həmkarına ünvanladığı müraciətdə Rusiyanın bir neçə vətəndaşının həlak olması ilə nəticələnən bu ölkənin Antonov-26 yük təyyarəsinin qəzaya uğraması hadisəsi münasibəti ilə başsağlığı verib.
İİR prezidenti Həsən Ruhani Rusiya prezidenti Vladimir Putinə ünvanladığı başsağlığı müraciətində Rusiya xalqı və dövlətinin kədərini bölüşdüyünü bildirib, hadisə qurbanlarına səbr diləyib.
Rusiyanın bir ədəd Antonov-26 tipli yüksaşıyan təyyarəsi martın 6-da Suriyada Həmimin hərbi bazasına enərkən qəzaya uğradı. Bu hadisədə 39 nəfər həlak oldu.
Rusiyanın Müdafiə Nazirliyi bu hadisənin səbəbinin texniki nasazlıq olduğunu bildirib.