Beynəlxalq Qırmızı Xaç Komitəsinin sədri İranın xarici işlər naziri ilə görüşüb
Mart 11, 2018 21:34 Asia/Baku
İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif bazar günü Tehranda Beynəlxalq Qırmızı Xaç Komitəsinin sədri Piter Maurer ilə görüşüb, danışıqlar aparıb.
Məhəmməd Cavad Zərif bu görüşdə deyib: İran İslam Respublikası müharibədən əziyyət çəkən Suriya və Yəmən xalqlarının ağrı və acılarını azaltmaq üçün bu ölkə xalqlarına humanitar yardım göndərməyə hazırdır.