İİR İŞM-in iki nazirin impiçmenti üzrə açıq iclası keçirilir
Mart 13, 2018 12:20 Asia/Baku
İran İslam Şurası Məclisinin açıq iclası bu gün İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin kabinetinin nazirlərindən ikisinin impiçmenti gündəmi ilə işə başlayıb.
İran İslam Şurası Məclisi bu gün səhər və axşam növbələrində kooperasiya, əmək və sosial rifah naziri ilə yol və şəhərsalma nazirinin impiçmentini araşdıracaqdır.
Məclis üzvləri İran İslam Şurası Məclisinin bugünkü açıq iclasının səhər növbəsində ötən çərşənbə axşamı günü daxil olduğu elan edilmiş kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbiinin impiçment edilməsi tələbini araşdıracaqlar.
Məclis üzvləri İran İslam Şurası Məclisinin bugünkü açıq iclasının axşam növbəsində isə yol və şəhərsalma naziri Abbas Axundinin impiçment edilməsi tələbini araşdıracaqlar.