Mart 16, 2018 10:07 Asia/Baku
  • İraqçı: Nüvə anlaşması yenidən müzakirə oluna bilməz
    İraqçı: Nüvə anlaşması yenidən müzakirə oluna bilməz

İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini dünən gecə Amerikanın nüvə anlaşmasının maddələrini dəyişmək üzrə səylərinə reaksiyada vuruğulayıb ki, bu beynəlxalq anlaşma heç bir vəchlə yenidən müzakirə və bəhs oluna bilməz.

Nüvə anlaşması üzrə birgə komissiyanın on birinci iclasında iştirak etmək məqsədilə Vyanada səfərdə olan Seyid Abbas İraqçı əlavə edib: İran İslam Respublikasının nöqteyi-nəzərincə, bu günlər bəzilərinin danışdıqları mükəmməl bir anlaşma, bir əlavə və ya bu qəbildən olan digər bir ifadə üçün heç bir imkan mövcud deyildir.

Nüvə anlaşması üzrə birgə komissiyanın on birinci iclası bu gün Avstriyanın paytaxtı Vyanada keçiriləcək.

İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini vurğulayıb ki, MAQATE-nin on hesabatının etirafına görə, İran İslam Respublikası indiyədək nüvə anlaşması qarşısındakı bütün öhdəliklərinə əməl edibdir. O, bu beynəlxalq anlaşmanın bütün tərəflərindən istəyibdir ki, özlərinin bütün öhdəliklərinə tam şəkildə əməl etsinlər.

Teqlər