Mart 16, 2018 20:32 Asia/Baku
  • İran nüvə anlaşması komissiyasına müraciət edib
    İran nüvə anlaşması komissiyasına müraciət edib

Müştərək nüvə anlaşması komissiyasının iclası İran, Avropa Birliyi və altılıq qrupuna üzv ölkələrin nümayəndələrinin iştirakı ilə Vyanadakı Kuborq oteli məkanında başa çatıb.

İran müştərək nüvə anlaşması komissiyasından istəyibdir ki, İrana qarşı sanksiyaların təsirli ləğvi barədə addım ataraq, konkret şəkildə bu anlaşmanın Amerika tərəfindən pozulması məsələsinə baxsın.

İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Seyid Abbas İraqçı İranın nüvə anlaşmasının yenidən müzakirə ediləsi olmamasına dair mövqeyini bir daha vurğulayıbdır.

Dünən İraqçı bu komissiyanın iclası başlanmazdan öncə belə demişdi: İran bu qənaətdədir ki, Amerika özünün nüvə anlaşmasının mətni əsasında qəbul etdiyi öhdəliklərini pozmaqdadır. İraqçı vurğulayıb ki, cüməgünkü iclasda İran Amerikanın nüvə anlaşması ilə qeyri-münasib rəftarı barədə olan bu şikayətləri müştərək komissiyanın üzvlərinə elan edəcəkdir ki, bəlkə hamı bu barədə ortaq anlama gəlmiş olsun.

Teqlər