İran Yəmənə qarşı hərbi təcavüzün tez bir zamanda dayandırılmasını istəyib
İran İslam Respublikası Xarici İşlər Nazirliyi Ərəbistanın başçılıq etdiyi koalisiya qüvvələrinin Yəmənə qarşı hərbi təcavüzünün dördüncü ilinin başlanğıcında bir bəyanat yayaraq, bu təcavüzü pisləyib və Yəmənin mühasirəsinə və onun xalqının qırğın edilməsinə tez bir zamanda son qoyulmasını istəyib.
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: Yəmənə qarşı savaş səbatsızlıq və əmin-amansızlıq, onlarla ölü və yaralı, səhiyyə və abadlıq infrastrukturlarının məhvi, bir milyondan çox yəmənlinin vəbaya yoluxması və terrorçu və təkfirçi qrupların fəaliyyətinin artmasından başqa heç bir nəticə verməyib və təcavüzkarlar Yəməni dağıtmaqdan və bu ölkədə bəşəriyyətə zidd faciələr törətməkdən başqa özlərinin heç bir hədəflərinə çatmayıblar.
Bu bəyanat BMT nümayəndələrinin beynəlxalq böhranların həlli sahəsində tərəfbazlıq münasibəti göstərməmələrini vurğulayaraq, əlavə edib: İran İslam Respublikası atəşkəsin bərqərarı, yəmənli-yəmənli danışıqlarının başlanması, Yəmən böhranının həlli üçün siyasi həll yolunun tapılması istiqamətində qarşı duran tərəflərə kömək etməyə tam şəkildə hazırdır.
İran İslam Respublikasının Xarici İşlər Nazirliyi vurğulayıb: Amerika və bəzi Avropa ölkələri Yəmənə təcavüz edənlərə dəstək, silah və qırıcılar vermək yerinə, savaşın və hərbi cinayətlərin dayandırılması üçün ciddi addımlar atmalıdırlar.
İran İslam Respublikasının Xarici İşlər Nazirliyi belə qeyd edib: Yəmən böhranının yeganə həll yolu, siyasi həll yoludur və bu savaşın hərbi qalibi olmayacaq və buna əsasən İran İslam Respublikası dünya ictimaiyyətindən istəyir ki, Yəmənə qarşı təcavüzə və bu ölkənin mühasirəsinə son qoymaq üçün beynəlxalq təzyiqləri artırsın.