Mart 27, 2018 19:50 Asia/Baku
  • Həsən Ruhani və Qurban Qulu Berdi Məmmədov; İran və Türkmənistan prezidentləri
    Həsən Ruhani və Qurban Qulu Berdi Məmmədov; İran və Türkmənistan prezidentləri

İran İslam Respublikası prezidenti Həsən Ruhani Türkmənistanı dost və qardaş ölkə adlandırıb və deyib: İki ölkə əməkdaşlıqların bütün sahələr üzrə inkişaf etdirilməsi üçün mövcud potensiallardan faydalanmaq lazımdır və bu hər iki ölkə xalqının istəyidir.

Həsən Ruhani çərşənbə axşamı Aşqabadda İran və Türkmənistan arasında 13 əməkdaşlıq sənədinin imzalanması mərasiminin ardınca deyib: İran və Türkmənistan enerji sektorunda böyük potensiallara malikdirlər və müzakirələrimiz zamanı bu sahə ilə bağlı əməkdaşlıqların daha da genişləndirilməsi barədə razılıq əldə olunub.

İran İslam Respublikası prezidenti həmçinin deyib: Türkmənistan və İran Mərkəzi Asiya və beynəlxalq sulara iki əsas çıxış qapısı sayılırlar. Bu baxımdan Tehran və Aşqabad tranzit sahəsində yaxşı əməkdaşlığa malik ola bilərlər.

Həsən Ruhani daha sonra Sərəxs körpüsünün istifadəyə verilməsinə və onun ticarət əlaqələrinin genişləndirilməsindəki önəmli roluna işarə edərək, deyib: Yüklərin daşınması və nəqliyyat sahəsindəki problemlərin aradan qaldırılması ilə iki ölkə arasındakı əməkdaşlıqlar daha artıq sürətlə inkişaf edəcək.

İran İslam Respublikası prezidenti regional və beynəlxalq məsələlərə də işarə edərək, deyib: Regionda sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsi yolları və terrorizm ilə mübarizə məsələləri haqda fikir mübadilələri həyata keçirildi və əldə edilmiş anlaşmalara əsasən İran və Türkmənistan bu xüsusda əməkdaşlıqların səviyyəsini daha da artıra bilərlər.

Türkmənistan prezidenti Qurban Qulu Berdi Məmmədov da bu mərasimdə ölkəsinin İran ilə əlaqələrin bütün sahələr üzrə inkişaf etdirilməsində qətiyyətli olduğunu vurğulayaraq, deyib: Tehran və Aşqabad arasında 13 əməkdaşlıq sənədinin və birgə bəyanatın imzalanması iki ölkə xalqlarının maraqlarının təmin edilməsi çərçivəsində olub. Və əldə olunmuş anlaşmaların icra edilməsi ilə iki ölkə arasındakı əməkdaşlıqlar bütün sahələr üzrə daha artıq inkişafın şahidi olacaq.

Teqlər