Xoşru: Səudiyyəlilər avantüralardan əl çəksinlər
İranın BMT-dəki daimi nümayəndəsi çərşənbə günü Nyu-Yorkda İran Kütləvi İnformasiya Vasitələrinin jurnalistlərinə verdiyi müsahibədə Səudiyyə Ərəbistanının avantüradan əl çəkməsini istəyib.
İRNA-nın məlumatına görə, Qulaməli Xoşru Səudiyyə Ərəbistanının çərşənbə axşamı günü BMT-yə məktub ünvanlayaraq Yəməndən Ər-Riyada atılan raketlərin İrana məxsus olmasına dair gülünc hərəkətinə reaksiyada bildirib: Bu ilk dəfə deyildir ki, Ərəbistan Yəməndəki bütün məğlubiyyətlərini ört-basdır etmək üçün İran əleyhinə məktub yazır.
İranın BMT-dəki nümayəndəsi Ərəbistanın bu müharibədə Yəmən xalqına aclıq və insan faciəsini tətbiq etdiyini bildirərək deyib: Səudiyyəlilər Yəməndəki cinayətlərini ört-basdır etmək üçün davamlı şəkildə İran əleyhinə əsassız ittihamları irəli sürürlər.
İslam Respublikasının həmişə bu ittihamları rədd etdiyini bildirən Xoşrunun sözlərinə görə, ümumiyyətlə İran Yəmən üçün diplomatik həll yolundan başqa bir yol tanımır.
Xoşru əlavə edib: Ərəbistan militarist və avantürist siyasətindən əl çəkməli və qonşusu olan Yəmənlə insanların hüququna riayət etməklə konstruktiv siyasi danışıqlara başlamalıdır.
Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya həmişə iddia edir ki, İran Yəmənin ictimai qüvvələrinə silah və raket verir və bu işlə Yəmən böhranının həllinə maneə yaradır.