İran prezidenti Bakıya daxil olub
İran İslam Respublikası prezidenti bu gün rəsmi səfər çərçivəsində Bakıya daxil olub.
Azərbaycan Respublikası prezidentinin rəsmi dəvəti ilə baş tutan İİR prezidenti Həsən Ruhaninin Bakıya səfərində o azərbaycanlı həmkarı İlham Əliyev ilə görüşəcək. Görüşdə qarşılıqlı, regional və beynəlxalq məsələlər müzakirə ediləcək.
İran və Azərbaycanın yüksək səviyyəli heyətlərinin iclasının iki ölkə prezidentlərinin iştirakı ilə keçirilməsi, iki ölkə rəsmiləri tərəfindən əməkdaşlıq sənədlərinin imzalanması, İran və Azərbaycan müştərək iqtisadiyyat tpolantısında iştirak və iki ölkə arasındakı müştərək layihələrin istifadəyə verilməsi İran İslam Respublikası prezidentinin Azərbaycan Respublikasına səfərinin proqramına daxildir.
İran prezidenti Həsən Ruhani Bakıya daxil olmazdan öncə Türkmənistana rəsmi səfər etmişdi və Aşqabadda bu ölkənin prezidenti Qurbanqulu Berdiməmmədov ilə sıx müzakirələrdən sonra iki ölkənin yüksək çinli rəsmilərinin müştərək iclasında iştirak etmişdi. Bu iclasda Tehran-Dəməşq əməkdaşlıqlarının genişləndirilməsi yolları araşdırılmışdır.
İran prezidentinin Aşqabad səfərində İran İlə Türkmənistan arasında 13 əməkdaşlıq sənədi imzalanmışdır. Həsən Ruhani Türkmənistanda olarkən tarixi Mərv şəhərinə də baxış keçirmişdir.