Mart 29, 2018 09:39 Asia/Baku
  • Tehran-Bakı əlaqələrinin inkişafına növbəti təkid

İran İslam Respublikası və Azərbaycan Respublikası prezidentləri Tehran-Bakı əlaqələrinin yüksələn xətt üzrə inkişaf etməsini yüksək qiymətləndirərək bildiriblər ki, tərəflər bu əlaqələrin bütün sahələrdə daha da inkişaf etdirilməsində əzmkardırlar.

İİR prezidenti Həsən Ruhani dünən Bakıda İran və Azərbavycanın yüksək səviyyəli heyətlərinin müştərək iclasında etdiyi çıxışında Tehran-Bakı əməkdaşlıqlarının genişləndirilməsindən məmnunluq ifadə edərək deyib: Şimal-Cənub tranzit dəhlizi, İran və Azərbaycan Respublikası eləcə də region ölkələri hətta Asiya, Avropa və Afrika ölkələri üçün daha asan, daha ucuz və daha qısa tranzit yolunun təmin edilməsi deməkdir və bu iki ölkə əməkdaşlıqlarının region və dünya xalqlarının mənafeyini təmin etdiyini göstərir. 

Ruhani deyib: İran və Azərbaycan Respublikası arasında azad ticarətin bərqərar olunması da iki ölkənin iqtisadi əlaqələrinə təkan verəcək addımlardan biridir. 

Ruhani İran və Azərbaycan arasında bank əməkdaşlıqlarının zərurətini vurğulayaraq qarşılıqlı ticarət mübadilələrində iki ölkənin milli valyutalarından istifadəyə İranın hazır olduğunu bildirib və deyib: Bank əlaqələrinin asanlaşdırılması, əlaqələrin hərtərəfli inkişafının açarıdır. 

İİR prezidenti iki ölkənin regional və beynəlxalq məsələlərdəki müştərək mövqelərinə toxunaraq deyib: İran və Azərbaycan Respublikası region və dünyanın sülh və təhlükəsizliyi istiqamətində öz əməkdaşlıqlarını daha da gücləndirə bilərlər. 

Azərbaycan Respublikası prezidenti İlham Əliyev də deyib: İran və Azərbaycanın Xəzər dənizində enerji layihələri və Rəşt-Astara dəmiryolu layihjəsində  müştərək fəaliyyətləri qarşılıqlı etimad və hörmət əsasında formalaşmış iki ölkə əlaqələrini daha da möhkəmləndirib. 

Azərbaycan Respublikası prezidenti həmçinin İranın regionda sülh və təhlükəsizliyin təmini istiqamətindəki siyasətini dəstəkləyərək deyib: Təəssüflər olsun ki, xarici müdaxilələr regionda müharibə və qan tökülməsinə gətirib çıxarıb. Heç bir əcnəbi güc region ölkələrinin daxili işlərinə qarışmamalıdır. 

Teqlər