Qasimi: Təcavüzkarı silahlandırma, təxribat və ittihamlandırma bir yerə çatmaq olmaz
-
Qasimi: Təcavüzkarı silahlandırma, təxribat və ittihamlandırma bir yerə çatmaq olmaz
İran Xarici İşlər Nazirliyinin sözçüsü Fransa xarici işlər nazirinin İranın Yəmənə silah göndərməsi haqda iddiasını təkzib edərək deyib: Təcavüzkarı silahlandırma, təxribat və başqalarını ittihamlandırma ilə bir yerə çatmaq olmaz.
Ölkəsinin Yəmən əleyhinə müharibədə Ərəbistanın siyasi və silah dəstəkçilərindən olan Fransa xarici işlər naziri Jan Yves Le Drian RTL radiosu ilə müsahibədə İranın Yəmənə silah göndərdiyini iddia edib.
Bəhram Qasimi deyib: İranın Yəmənə silah göndərməsi iddiası böyük yalan və yanlışdır və bunun bəzi region ölkələri və regiondan kənar ölkələr tərəfindən təkrarlanması müasir tarixdə müharibə cinayətləri, insan faciələrinin ən acınacaqlısı və müdafiəsiz Yəmən xalqının məzlumluğu haqda dünyanın ümumi fikrini işıqlandırmaq üzrə İranın iradəsində heç bir dəyişiklik yaratmayacaq.
Qasimi əlavə edib: Ərəbistana silah ixrac edən ölkələrin Yəmənin müdafiəsiz və məzlum xalqına qarşı səudiyyəli qırıcıların durmadan hər gün hücumlarını müdafiə etməsi təbii hal kimi görünür. Çünki Yəmən müharibəsi, bu ölkə vətəndaşlarının qırğın edilməsi, onun infrastrukturlarının dağılması, silah ixrac edən ölkələrin iqtisadiyyatında külli miqdarda mənfəət gətirir.