Mart 30, 2018 19:06 Asia/Baku
  • Livan Hizbullahının baş katibi üç iranlı turistin həlak olması ilə bağlı başsağlığı verib
    Livan Hizbullahının baş katibi üç iranlı turistin həlak olması ilə bağlı başsağlığı verib

Livan Hizbullahının baş katibi Beyrutdadənizdə hadisə nəticəsində üç iranlının həlak olması ilə bağlı başsağlığı verib.

25 martda Ruşe bölgəsində Beyrut sahil qayalıqlarına gedən 6 iranlı turist güclü dəniz dalğası nəticəsində suya düşüb və üç nəfər həlak olub, üç nəfər də yaralanıb. 

Bu şəxslər 15 nəfərlik ailə şəklində Novruz günlərində gəzmək üçün Livana səfər etmişdilər. 

İRNA-nın məlumatına görə, Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah bu müraciətdə iranlıların ailələrinin dərdinə şərik çıxaraq onlara səbir diləyib. 

Livan prezidenti Mişel Oun da cümə axşamı günü İran İslam Respublikası prezidenti Həsən Ruhaniyə ünvanladığı müraciətdə üç iranlının Beyrutda dənizdə boğulması ilə bağlı başsağlığı verib. 

 

Teqlər