Ruhani: Qonşular və dünya ilə səmərəli anlaşma İranın prinsipial siyasətlərindəndir
https://azeri.sahartv.ir/news/İran-i300656-ruhani_qonşular_və_dünya_ilə_səmərəli_anlaşma_İranın_prinsipial_siyasətlərindəndir
İran İslam Respublikasının prezidenti qonşular və dünya ilə səmərəli anlaşmanı İranın prinsipial siyasətlərindən adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 03, 2018 09:30 Asia/Baku
  • Ruhani: Qonşular və dünya ilə səmərəli anlaşma İranın prinsipial siyasətlərindəndir
    Ruhani: Qonşular və dünya ilə səmərəli anlaşma İranın prinsipial siyasətlərindəndir

İran İslam Respublikasının prezidenti qonşular və dünya ilə səmərəli anlaşmanı İranın prinsipial siyasətlərindən adlandırıb.

Həsən Ruhani bu gün nazir, vali və icra orqanlarının müdirlərindən bir qrupu ilə novruz görüşündə deyib: Qonşular və dünya ilə anlaşmada şübhəsiz, İrana daha çox mənfəət nəsib olur və bu siyasət xüsusən "İran istehsalına dəstək" ilində daha çox izləniləcəkdir.

Ruhani "İran istehsalına dəstək" ilində iş və istehsal üçün daha münasib atmosferin yaradılması və cəmiyyətdə ümid və əhval-ruhiyyənin gücləndirilməsini bütün İran rəsmilərinin ağır məsuliyyəti və vəzifəsi adlandırıb və belə əlavə edib: Dövlət məşğulluğun yaradılması və yoxsulluqla onun kökünün kəsilməsinədək mübarizə meydanında dəyərli addımlar atıb və bu addımlar cari ildə böyük sürətlə davam edəcəkdir.

İran İslam Respublikasının prezidenti ümidvarlıq edib ki, 1397-ci günəş ili xalq üçün birlik, qardaşlıq, inkişaf və təhlükəsizliyin gücləndirilməsi və bərəkət ili olacaq.