Apr 03, 2018 20:31 Asia/Baku
  • Ruhani: Suriya dövlətinin icazəsi olmadan xarici qüvvələrin iştirakı qanunsuzdur
    Ruhani: Suriya dövlətinin icazəsi olmadan xarici qüvvələrin iştirakı qanunsuzdur

İran İslam Respublikasının prezidenti deyib ki, Suriya dövlətinin icazəsi olmadan xarici qüvvələrin bu ölkədə iştirakı qanunsuz və məntiqsizdir və bu prosesə son qoymaq lazımdır.

Həsən Ruhani bu gün axşam İran, Türkiyə və Rusiyanın Suriya ətrafında keçirilən ikinci sammitində iştirak üçün Ankaraya yola düşməzdən öncə Tehranın Mehrabad hava limanında müxbirlər qarşısında Suriyada problemlərin davam etməkdə olduğunu bildirərək, söyləyib: Suriyada etnik və irqi təfriqələrdən əlavə, bu ölkəyə xarici müdaxilə davam edir və bəzi ölkələr terroristləri gücləndirirlər.

Ruhani amerikanların Suriyanın bəzi şərq məntəqələrində suriyalı qüvvələrin yerləşməmələrinin və hətta bu ölkənin parçalanmasının ardınca olduqlarını bildirərək, əlavə edib: Xarici qüvvələr Suriyanın gələcəyi barədə müdaxilə etməməlidirlər, zira Suriyanın gələcəyi bu ölkənin xalqına aiddir və Suriya xalqının istəyinə əsasən, dünya ictimaiyyəti bu istəyi gücləndirməli və təsdiq etməlidir.

Teqlər